11:27 13.07.2022 915

Aqil Abbas Qurban Qurbanovun yuxusunu BELƏ YOZDU 

Ötən gün "Qarabağ" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda Polşa "Lex"inə 5:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. 
 
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra jurnalistlərə açıqlamasında millət vəkili Aqil Abbası yuxusunda gördüyünü və qarlı Şuşada dağın başında onunla danışdığını deyib. O, maraqlı yuxu görməsini oyundan əvvəl Aqil Abbasın ona zəng etməməsi ilə əlaqələndirib. 

Maraqlıdır ki, millət vəkili Aqil Abbas "Bizim.Media"ya açıqlamasında eyni yuxunu özü də gördüyünü və yuxusunun çin olduğunu qeyd edib:

“Oyundan sonra mətbuat konfransına baxa bilməmişdim. Çox qəribə olsa da, həmin gecə eyni yuxunu mən də görmüşəm. Görürəm ki, Ağdamdan Əskərana, Xocalıdan Xankəndiyə keçib Şuşaya qalxırıq. Oyun başlayıb. Bizim müdafiəçimiz öz qapımıza top vurur. Əslində real oyunda da birinci qol elə müdafiəçinin səhvindən oldu. Yuxudan hövlnak durdum və dua etdim. Səhər tezdən oyanıb yenə komandamız üçün dua etdim. Oyunu izləyirdim, baxdım ki, o dəqiqə qol vurdular. Fərqinə vardım ki, yuxum çin olub. Yenə də çoxlu dualar edib oyunu izləməkdə davam etdim. Baxdım ki, “Qarabağ” ”Lex”i parçalayıb keçdi”.  

Deputat oyundan əvvəl Qurban Qurbanova zəng etməmə səbəbini də açıqlayıb:
 
“Hər dəfə oyundan əvvəl və sonra Qurban Qurbanova zəng edirdim. Hətta uduzanda da zəng edib təsəlli vermişəm. Bakıda deyiləm, rayondayam. Bu dəfə Qurbanla danışa bilmədim. Bu dəfə özü oyundan sonra ilk dəfə mənimlə əlaqə saxladı və təbrik etdi. Mən də ona gözaydınlığı verdim. “Komandamız var olsun”, - dedim.

Qurbana da, komandasına da qurban olum! Qurban təkcə Qarabağı deyil, bütün Azərbaycanı təmsil edir. Onun da məni yuxuda görməsi maraqlıdır. Dünyada belə şeylər olur.

Əsas odur ki, məni yuxuda görməyi düşərli olub. Amma yuxuda görməklə deyil, komanda at kimi oynayırdı. Əsl Qarabağ atları idilər. Özü də yorulmadan 90 dəqiqə...”Qarabağ”a uğurlar arzulayıram”, - deyə Aqil Abbas əlavə edib. 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

Facebookdan bizi izləməyi unutmayın.
X