“Qarabağ”la “Sürix” (İsveçrə) arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin Bakıdakı ilk görüşünün vaxtı məlum olub.
Fanat.Az xəbər verir ki, məlumatı "Rts.ch" saytı yayıb.
İyulun 19-dada oynanılacaq matç saat 20:00-da başlayacaq.
İyulun 27-də “Letsiqrund” stadionunda keçiriləcək cavab görüşü isə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, Ağdam təmsilçisi I təsnifat mərhələsində Polşa "Lex"ini mübarizədən kənarlaşdırıb - 0:1; 5:1.