Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Xəzər Lənkəran"ın qonağı olacaq "Araz Naxçıvan" Lənkərana ciddi itki ilə yollanacaq. Fanat.az xəbər verir ki, baş məşqçi Əsgər Abdullayev bu matçda Cavid Həsənovun xidmətindən yararlana bilməyəcək.
Buna səbəb futbolçunun cəzalı duruma düşməsidi. Belə ki, 1/8 finalın "Simurq"la matçında "sarı" alan Cavid "Xəzər Lənkəran"la ilk oyunda da cəzalanıb və limiti doldurub.
Qeyd edək ki, 1/16 finalda "Ağsu", ardınca isə "Simurq"la matçlarda "sarı" alan David Canalidze bu səbəbdən "Xəzər Lənkəran"la oyunu buraxıb.
Fanat.az