Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçular ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Komanda kamerunlu hücumçu Stefan Bahoken və türk əsilli almaniyalı yarımmüdafiəçi Turqay Gəmiçibaşını transfer edib.
Bahoken ilə 2 illik müqavilə imzalanıb. Gəmiçibaşı isə Avstriyanın “Austria Klaqenfurt” klubundan satınalma şərti ilə icarəyə götürülüb.