Polşa millisinin və “Bayern Münhen” klubunun hücumçusu Robert Levandovskinin “Barselona”ya keçidi rəsmiləşib.
Fanat.Az xəbər verir ki, bu barədə Almaniya klubunun saytı məlumat yayıb.
Kataloniyada olan forvard tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq.
Qeyd edək ki, 2014-cü ildən “Bayern Münhen”də çıxış edən Levandovski 375 matçda iştirak edib və 344 qola imza atıb.