Futzal üzrə İspaniya kubokunun 1/4 final mərhələsinə yekun vurulub. Fanat.az xəbər verir ki, UEFA kubokunun Bakıda keçiriləcək “Dördlər finalı”nda Azərbaycan çempionu “Araz”ın rəqibi olan “Barselona” növbəti mərhələyə adlayıb.
Kataloniya təmsilçisi “Rios Renovables”i darmadağın edib – 7:1. Ardıcıl 4-cü dəfə ölkə kubokunu qazanmaq iddiasında olan barselonalılar yarımfinalda “İnter Movistar”la qarşılaşacaq.
Fanat.az