"Yuventus"un hücumçusu Paulo Dibalanın "Çelsi"yə keçidi baş tutmayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
28 yaşlı argentinalı London klubuna təklif olunsa da, "zadəganlar" onunla maraqlanmadıqlarını bildiriblər.
Qeyd edək ki, Dibala 2015-ci ildən "Yuventus"un şərəfini qoruyur.