"Borussiya Dortmund"un hücumçusu Marko Roys Robert Levandovskinin "Bayern Münhen"i tərk etməsini şərh edib.
Fanat.Az xəbər verir ki, "Bild" nəşri 33 yaşlı futbolçunun dediklərini belə çatdırıb:
"Bundesliqa üçün yaxşı olmadı. Çünki yüksək səviyyəli hücumçu liqanı tərk edir. Bu, onun qərarıdır, çünki Leva belə istəyirdi. Biz ancaq özümüz haqqında düşünürük. Robertə gəlincə, ona ən yaxşısını arzulayıram”.
Emin