"Qalatasaray" ehyətini məşhur hücumçu iləgücləndirməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu, "Benfika"nın hücumçusu Haris Seferoviçdir.
İnformasiyanı Portuqaliya klubunun mətbuat xidməti yayıb.
İsveçrə millisinin üzvünün 2022-2023 mövsümünü icarə əsasında İstanbul klubunda keçirəcəyi bildirilib.
Seferoviç “Benfika”ya 2017-ci ildə Frankfurt “Ayntraxt”ından keçib. Sözügedən forvard ötən mövsüm "qartallar"ın heyətində 10 çempionat matçına çıxaraq 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat