"Qarabağ"ın yeni futbolçusu Julio Romanın transfer məbləği açıqlanıb.
Fanat.Az Portuqaliyanın "Record" saytına istinadən xəbər verir ki, "Santa Klara" klubu 24 yaşlı dayaq yarımmüdafiəçisinin keçidindən 200-300 min avro arası qazanacaq.
Xatırladaq ki, Ağdam təmsilçisinin heyətində 6 nömrə altında çıxış edəcək braziliyalı ilə 4 ilik müqavilə imzalanıb.
Emin