"Milan", "Napoli", "Liverpul", "Çelsi" və "Real Madrid" kimi klubların sabiq baş məşqçisi Rafael Benites hesab edir ki, Kalidu Kulibali İtaliyada olduğu kimi İngiltərə Premyer Liqasında dominantlıq edə bilməyəcək.
Fanat.Az xəbər verir ki, tanınmış ispaniyalı çalışdırıcı bu barədə "Sky İtalia" televiziyasına danışıb:
“O, konsentrasiyasını yaxşılaşdırmalıdır. Həm "Napoli"ni həm də "Çelsi"ni çalışdırmışam. Kulibali İtaliyada qalsa yaxşı olardı.
Mütəxəssislər onun İtaliyada bütün dövrlərin ən yaxşı mərkəz müdafiəçisi olduğunu deyirlər. Onun İngiltərədə də bu cür ola biləcəyinə şübhə edirəm. Hər halda ona "Çelsi"də uğurlar arzu edirəm".
Xatırladaq ki, 31 yaşlı seneqallı müdafiəçi 50 milyon avro müqabilində "Napoli"dən "Çelsi"yə keçib.
Emin