Son mövsümü icarə əsasında "Beşiktaş"da keçirən "Çelsi"nin və Belçika millisinin hücumçusu Mişi Batşuayi növbəti "futbol ili"ndə də Türkiyədə oynaya bilər.
Fanat.Az "Fanatik"ə istinadən xəbər verir ki, sözügedən forvard qarşısına çempionluq hədəfi qoyan "Başakşehir"lə anlaşmağa yaxındır.
Xəbərə görə, "Beşiktaş"da oynadığı mövsüm üçün 3 milyon 165 min avro əməkhaqqı alan Batşuayi Emre Belözoğlunun çalışdırdığı "Başakşehir"də daha az maaşa oynamağa razıdır.
Qeyd edək ki, "qartallar" icarə haqqı olaraq "Çelsi"yə 150 min avro ödəmişdi.
Nihat