PSJ Milan "İnter"inin slovakiyalı müdafiəçisi Milan Şkrinyarı heyətinə qatmaq fikrindən dönməyib.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.
Mənbə daha öncə parislilərin ilkin təklifini geri çevirən "İnter" bosslarının transfer məbləği ilə bağlı fikrini dəyişmədiyini bildirib. Tərəflərin danışıqları gələn həftə davam etdirəcəyi vurğulanıb. Xəbərə görə, Fransa klubunun İtaliya təmsilçisi ilə ortaq məxrəcə gəlmək ehtimalı olduqca yüksəkdir.
Qeyd edək ki, 2021/2022 mövsümündə "İnter" forması ilə ümumilikdə 47 matça çıxan Şkrinyar 4 qol vurub.
Nihat