"Sürix"in futbolçusu Mirlind Kryeziu Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə təşkil olunan ənənəvi mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, mərkəz müdafiəçisi belə danışıb:
"Qarabağ"ın son iki oyununu izləmişik. Topla oynamağı sevirlər. Topsuz da pressinq etməyi bacaran komandadır. Təbii ki, zəif cəhətlərini də bilirik".
Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də keçiriləcək.