Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ" və İsveçrə "Sürix"i arasında keçiriləcək ilk oyundan sonra mətbuat konfransına giriş üçün maska tələbi qoyulub.
Fanat.Az Ağdam təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, UEFA-nın tələbinə əsasən, matçdan sonra keçiriləcək mətbuat konfransında iştirak edəcək media nümayəndələrinin FFP-2 tipli (N95) maskalardan istifadə etmələri məcburidir.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.