"Qalatasaray" futbolçusu Mustafa Məhəmmədi icarəyə göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Misirli hücumçu 2022/2023 mövsümünü Fransanın "Nant" klubunda keçirəcək.
Qeyd edək ki, Mustafa ötən mövsüm "Qalatasaray"da 41 oyun keçirib və 8 qola imza atıb.