"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda İsveçrə "Sürix"ini 3:2 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Kadi Borges matçdan sonra fikirlərini "CBC Sport"a paylaşıb:
"Həm ötən matçda, həm də bu görüşdə yaxşı çıxış etdik. Məşqdə etdiklərimizi oyunlarda göstərməyə çalışırıq. Rəqibin müdafiəsində problemlərin olmasını düşünməməliyik. Növbəti görüşdə də baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq".
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 27-də Sürixdə baş tutacaq.