"Liverpul"un müdafiəçisi Ben Devis karyerasını "Reyncers"də davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Şotlandiya klubunun rəsmi saytı məlumat yayıb.
26 yaşlı futbolçunun müqaviləsinin müddəti 30 iyun 2026-ci ilə qədər nəzərdə tutulub. Ancaq sözləşmənin maliyyə tərəfləri açıqlanmayıb.
Qeyd edək ki, Devis "Liverpul"a 2021-ci ilin qışında keçib və heç bir oyunda iştirak etməyib.