“Beşiktaş” yeni transferini həyata keçirib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İstanbul təmsilçisi “İstanbulspor”un gənc müdafiəçisi Emrecan Uzunhanı heyətinə cəlb edib.
21 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün “İstanbulspor”a 2 milyon avro təzminat ödəniləcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, Emrecan Uzunhan “İstanbulspor”un öz yetirməsidir.