"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola PSJ-nin superulduzu Neymarın klubu tərəfindən "şəhərlilər"ə təklif edilməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun söylədiklərini şəxsi "Twitter" hesabı üzərindən jurnalist Martin Blekbörn belə çatdırıb:
"Təəssüf ki, bu, feykdir. Neymar əla futbolçudur və yaxşı oğlandır. Amma yayılan informasiyanın yalandan başqa bir şey olmadığı dəqiqdir. Hər yay gəzən söz-söhbətlər həqiqət olsa, gərək "Mançester Siti" 150 futbolçu transfer edə".
Nihat