Misirin paytaxtı Qahirədə qılıncoynatma üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, qitə birinciliyində bu gün Azərbaycanın qadınlardan ibarət sablya yığmasının lideri, Avropa çempionu Anna Başta mübarizəyə başlayacaq.
27 yaşlı idmançı reytinqi yüksək olduğundan, mundiala əsas mərhələdən qoşulacaq.
Onun rəqibi Dominikan idmançısı Eydis Valentin olacaq.
Qeyd edək ki, Anna Başta 17-22 iyun tarixlərində Türkiyənin Antalya şəhərində keçirilmiş Avropa çempionatında qızıl medal qazanıb.