"Barselona" növbəti transferini rəsmiləşdirmək üzrədir.
Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, bu, "Çelsi"nin və İspaniya millisinin müdafiəçisi Sesar Aspilikuetadır.
Mənbə tərəflərin transferin detalları ilə bağlı razılığa gəldiyini, Kataloniya təmsilçisinin bu keçidə görə "zadəganlar"a 5 milyon avro ödəyəcəyini açıqlayıb.
Qeyd edək ki, İspaniya nəhəngi Aspilikuetanı azad agent qismində sıralarına cəlb etməyə çalışsa da, ötən mövsüm İngiltərə klubunda 30-dan çox oyun keçirən futbolçunun müqaviləsinin müddəti avtomatik olaraq uzadılmışdı.
Nihat