Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə "Grand Chess Tour" seriyasının üçüncü mərhələsi start götürəcək.
Fanat.Az xəbər verir ki, turnirdə 37 yaşlı qrossmeysterimizlə yanaşı, Maqnus Karlsen (Norveç), Alireza Firuzca, Maksim Vaşye-Laqrav (hər ikisi Fransa), Yan Nepomnyaşi (FIDE), Uesli So, Lenyer Dominqes (hər ikisi ABŞ), Yorden Van Foreest (Niderland), İvan Sariç (Xorvatiya) və Veselin Topalov (Bolqarıstan) yarışacaq.
İlk üç gündə şahmatçılar rapid, daha sonra isə blits üzrə mübarizə aparacaqlar.
Bu gün üç tur baş tutacaq. Şəhriyar ilk matçını ağ fiqurlarla Van Foreestə qarşı keçirəcək.
"Grand Chess Tour"
I tur
Şəhriyar Məmmədyarov - Yorden Van Foreest (Niderland)
II tur
İvan Sariç (Xorvatiya) - Şəhriyar Məmmədyarov
III tur
Şəhriyar Məmmədyarov - Yan Nepomnyaşi (FIDE)