Azərbaycan UEFA-nın əmsallar cədvəlindəki mövqeyi dəyişməz qalıb.
Fanat.Az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündə İsveçrə "Sürix"inə 3:2 hesabı ilə qalib gəlməsi ölkənin aktivinə daha 0,250 əmsal gətirib.
Lakin Azərbaycan bu mövsüm üzrə qazancını 0,500-ə, son 5 mövsümdə isə 13,125 əmsala çatdırmasına rəğmən, 29-cu pillədə qalıb. 28-ci pillədə isə 14,000 "qənimət"lə Polşa qərarlaşıb.
Qeyd edək ki, Azərbaycanın bu turnirdəki təmsilçiləri "Neftçi", "Zirə" və "Qəbələ" isə yarışa II təsnifat mərhələsindən start verəcəklər.
Röya