Uruqvaylı hücumçu Luis Suares karyerasını Almaniyada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Germany" yayıb.
Mənbə Dortmund "Borussiya"sının azad agent statusu daşıyan Suaresə təklif göndərdiyini bildirib. Xəbərə görə, "Borussiya" bir müddət öncə "Ayaks"dan transfer etdiyi 28 yaşlı Sebastyen Halledə ciddi xəstəlik aşkarlandığı üçün 35 yaşlı cənubi amerikalını heyətinə qatmağa qərar verib.
Tərəflərin danışıq apardığı və razılığa gəlmək üzrə olduqları vurğulanıb.
Nihat