"Çelsi"nin baş məşqçisi Tomas Tuxel "zadəganlar"ın transfer planlarından danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" almaniyalı mütəxəssisin söylədiklərini belə çatdırıb:
"Heyətimizi istədiyimiz səviyyəyə gətirmək üçün daha bir neçə transfer etməliyik. Ötən mövsüm Premyer Liqanı üçüncü yerdə başa vurduq. Yerimizdə saysaq, digər komandalardan geri qalacağıq. Güclü rəqabət fonunda güclənmək mütləqdir. İlk növbədə bu yay gedən aparıcı futbolçularımızın yerinə yenilərini tapmalıyıq".
Nihat