"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola ukraynalı müdafiəçi Aleksandr Zinçenkonun "şəhərlilər"dən ayrıldığını və London "Arsenal"ına keçəcəyini təsdiqləyib.
Fanat.Az xəbər verir ki, mütəxəssisin bu barədə dediyini tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabları üzərindən yayıb:
"Bəli, Zinçenko "Arsenal"a keçir".
Xatırladaq ki, Zinçenko "Mançester Siti"yə 2016-cı ildə Rusiyanın "Ufa" klubundan transfer olunmuşdu. 2016/2017 mövsümünü icarə əsasında PSV-də keçirən Aleksandr Mançester klubunun forması ilə ümumilikdə 127 matça çıxaraq 2 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Zinçenko Xosep Quardiolanın rəhbərliyi altında 4 dəfə İngiltərə Premyer Liqasının qalibi olub.
Nihat