Afrika Futbol Konfederasiyası (CAF) 2021/22 mövsümünün ən yaxşı oyunçusu adına 3 namizədin kimliyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bunlar "Bayern Münhen"in hücumçusu Sadio Mane, "Liverpul"un forvardı Məhəmməd Salah, "Çelsi"nin qapıçısı Eduar Mendidir.
Salah və Mane artıq üçüncü ildir seçimlərin son mərhələsinə vəsiqə qazanırlar. Misirli mükafatı iki dəfə, seneqallı isə bir dəfə qazanıb.
Qalib iyulun 21-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək tədbirdə açıqlanacaq.
Nihat