İtaliyanın "Yuventus" klubu rəsmi saytı vasitəsi ilə yeni futbolçu transfer etdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu, "Torino"nun müdafiəçisi Bremerdir.
Braziliyalı oyunçu müddəti 2027-ci ilin iyununa qədər olan müqaviləyə imza atıb. "Qoca sinyora" bu keçidə görə əzəli rəqibinə 41 milyon avro ödəyəcək.
Qeyd edək ki, Bremer 2018-ci ildən "Torino"da idi. "Atletiko Mineyro"dan 5,8 milyon avroya alınan müdafiəçi "öküzlər"in forması ilə ümumilikdə 110 matça çıxaraq 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, ötən mövsüm A Seriyasının ən yaxşı müdafiəçisi seçilib.
Nihat