"Neftçi"nin Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi “Aris” növbəti transferini reallaşdırıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Limassol təmsilçisi "Hammarbü"də çıxış edən Leo Benqstonu heyətinə qatıb.
24 yaşlı isveçli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Aris" və "Neftçi" arasında ilk oyun bu gün Kiprdə, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.
Nihat