“Qalatasaray” heyətinə daha bir futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Olimpik Lion" klubunda Leo Dubanı transfer edib.
Məlumatı “Qalatasaray”ın mətbuat xidməti yayıb.
27 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. “Qalatasaray” bu transfer üçün Lion “Olimpik”inə 2.5 milyon avro ödəyəcək. Futbolçu özü isə yeni klubunda ilinə 1.8 milyon avro qazanacaq.