Rusiyanın "Alanya" klubunun 1995-ci ildə qazandığı çempionluq kuboku itib.
Fanat.Az xəbər verir ki, məlumatı sözügedən ölkənin mətbuatı yayıb.
Xəbərə görə, klub 3 ildir ki, titulu tapmağa çalışır.
Əvvəlcə kubokun komandanın sabiq baş məşqçisi Valeri Qazzayevdə olduğu ehtimal edilib. Lakin mütəxəssis onun harada olmasından xəbərsiz olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan millisinin sabiq üzvü olan Nazim Süleymanov 1991 - 1996-cı illərdə "Alanya"da çıxış edib və 1995-ci ildə çempion olan heyətdə yer alıb.