"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Sürix" İsveçrə çempionatında 2-ci turunda "Lütsern"i qəbul edib və 0:0 hesablı heç-heçəyə razılaşıb .
Fanat.Az xəbər verir ki, 2 turdan sonra 1 xalla 7-ci pillədə mövqe tutan "Sürix"in baş məşqçisi Franko Foda matçın ardından keçirilən mətbuat konfransında belə danışıb:
“İlk yarım saatdakı oyunumuzdan razl qaldım. Biz bu mövsüm ilk xalımızı qazandıq və qol buraxmadıq. Komandamızın yekunda qalib gəlmək üçün fiziki gücü çatmadı. İndi toparlanmalı və bütün gücümüzlə “Qarabağ”la matça hazırlaşmalıyıq”.
Xatırladaq ki, “Qarabağ” Bakıdakı ilk görüşdə “Sürix”ə 3:2 hesabı ilə üstələyib. Cavab qarşılaşması iyulun 27-si İsveçrədə olacaq.
Nihat