Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə cavab oyunu öncəsi Heydər Əliyev adına hava limanında jurnalistlərə açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis İsveçrə təmsilçisinin "Qarabağ"a uyğun rəqib olmadığını dilə gətirib:
"Sürix" oyun üslubuna görə bizə uyğun olmayan rəqibdir. Hər halda ilk matçdan sonra bu komandanı daha yaxından tanıdıq. Ağıllı oyun qurmağı planlaşdırırıq. Lazım gəlsə bəzi risklərə də getməli olacağıq. Komandanın hazırki durumu pis deyil. İrəlidə qalan iki günümüzü səmərəli keçirəcəyik".
Emin