Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin cavab görüşləri start götürüb.
Fanat.Az xəbər verir ki, “Neftçi” yeni mövsümdə ilk ev oyununu Kiprin "Aris" komandasına qarşı keçirib.
Laurentsiu Regekampfın rəhbərlik etdiyi kollektiv səfərdə 0:2 hesabı ilə uduzsa da, "Bakcell Arena"da 3 cavabsız qolla möhtəşəm qələbə qazanaraq mərhələni adlayıb.
Qeyd edək ki, "Neftçi" III təsnifat mərhələsində “Rapid” (Vyana, Avstriya) - “Lexiya” (Qdansk, Polşa) cütünün güclüsü ilə qarşılaşacaq.
Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
28 iyul
“Neftçi” (Azərbaycan) – “Aris” (Kipr) 3:0
Qollar: Qodsvey Donyo, 38, Eddi İsrafilov, 57, Kenni Sayef, 62
Qırmızı vərəqə: Morqan Braun, 83
"Neftçi": 1. İvan Brkiç, 19. Azər Salahlı, 4. Solomon Kvirkveliya, 6. Voislav Stankoviç, 3. Mamadu Mbodj, 14. Eddi İsrafilov, 8. Emin Mahmudov, 23. Ataa Caber, 5. Kenni Sayef, 11. Qodsvey Donyo, 24. Yusuf Laval
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov
Baş məşqçi: Laurentsiu Regekampf
"Aris": 1. Vana, 8. Morqan Braun, 20. Stiv Yaqo, 31. Frants Brorsson, 13. Delmiro Evora Naskimento, 3. Kaju, 21. Mixlali Mayambela, 27. Martin Sloqar, 37. Yulius Syoke, 7. Leo Benqtsson, 14. Artur Yannik Qomis
Ehtiyat oyunçular: 70. Mixalis Papastilianu, 90. Ellinas Sofroniu, 5. Kostas Pileas, 9. Daniel Sikorski, 30. Aleks Muketu-Mussunda, 58. Yevgeni Yablonski, 65. Yanis Dede Lomme, 72. Floriss Cave, 80. Babika
Baş məşqçi: Aleksey Şpilevski
Hakimlər: Bastian Dankert, Yan Zaydel, Eduard Baytinger, Sven Yablonski (Almaniya)
Bakı. “Bakcell Arena”
İlk oyun – 0:2