Bu gün Konfrans Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionatının bürünc mükafatçısı “Zirə” növbəti matçına çıxıbq.
Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda İsraildə “Makkabi” ilə üz-üzə gəlib. Bakıdakı ilk görüşdə Təl-Əviv klubuna 0:3 hesabı ilə uduzan “Zirə” səfərdə məğlub olmasa da, mübarizəni dayandırmalı olub.
Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
28 iyul
"Makkabi" (Təl-Əviv, İsrail) - "Zirə" (Azərbaycan) 0:0
"Makkabi": 1. Daniel Perets, 4. Enrix Saborit, 21. Şeran Yeyni, 5. İdan Naxmias, 28. Andre Jeraldeş, 14. Yoris van Overeem, 16. Qavriel Kaniçovski, 23. Eyal Qolasa, 77. Matan Hozez, 99. Corce Yovanoviç, 17. Brendli Kuvas
Ehtiyat oyunçular: 19. Daniel Tenenbaum, 6. Dan Qlazer, 9. Stip Perika, 10. Dan Biton, 11. Eylon Almoq, 22. Avi Rikan, 24. Nadav Niddam, 27. Ofir Davidzade, 30. Maor Kandil, 32. Dor Turgeman, 37. Oskar Qlux, 66. Nir Bitton
Baş məşqçi: Vladimir İviç
"Zirə": 1. Mehdi Cənnətov, 18. Slavik Alxasov, 32. Qismət Alıyev, 44. Dmitrios Çantakias, 8. İlkin Muradov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 11. Rüstəm Əhmədzadə, 26. Nemanya Ancelkoviç, 21. Hacıağa Hacılı, 14. Hamidu Keyta
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 2. Sərtan Taşkın, 4. Cəlal Hüseynov, 7. Filipe Paxtman, 9. Loris Bronyo, 47. Məhəmməd Hamdui, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 64. Mahmud Ağayev, 77. Mirsayib Abbasov
Baş məşqçi: Rəşad Sadıqov
Hakimlər: Mario Zebets, Xrvoe Radiç, Luka Puşiç, Ante Çulyak (Xorvatiya)
Təl-Əviv, "Blumfild" stadionu
İlk oyun - 3:0