Azərbaycanı UEFA Çempionlar Liqasında uğurla təmsil edən "Qarabağ" III təsnifat mərhələsində Macarıstan çempionu "Ferentsvaroş"la qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, ilk oyunun vaxtı açıqlanıb.
Ağdam təmsilçisi macarıstanlılarla ilk görüşünü avqustun 3-də Bakıda keçirəcək. Tofiq Bəhramov adına Respbulika stadionunda baş tutacaq oyun saat 20:00-da başlayacaq və "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.