Macarıstan "Ferentsvaroş"unun baş məşqçisi Stanislav Çerçesov futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, "Fradi" saytı mütəxəssisin dediklərini belə çatdırıb:
“Çempionlar Liqasının qrup mərhələsinə doğru ilk addımlardan birini atdıq. Bu, uğurdur, lakin gələcək oyunlara hazır olmalıyıq. İrəlidə vacib qarşılaşmalar var. Təmsilçimiz “Sürix” – “Qarabağ” matçında olub. O, Azərbaycan klubunun oyununu təhlil etməkdə bizə yardımçı olacaq. Amma qarşıda hələ Macarıstan çempionatının oyunu var. Mövsümə yaxşı başlamaq vacibdir”
Emin