Konfrans Liqasında II təsnifat mərhələsinin “Neftçi” – “Aris”cavab matçından (3:0) sonra təşkil olunan mətbuat konfransında Kipr klubunun baş məşqçisi Aleksey Şpilevski jurnaliastlərin suallarını cavablandırıb.
Fanat.Az xəbər verir ki, o, görüşü belə şərh edib:
"Belə oyundan sonra söz tapmaq çətindir. Biz mərhələni bu gün yox, ilk matçda uduzmuşduq. Çünki 100 faizlik epizodlarımız var idi, qola çevirməliydik. Ondan qorxurdum. Bu gün daha çətin idi. Azarkeşlər ev sahibini irəli səsləyirdi. Ola bilər ki, təcrübə əhəmiyyətli rol oynadı. Rəqib Avropada daha təcrübəlidir. Çox axmaq səhvlər etdik. Hətta qırmızı vərəqədən sonra da cəhdlərimiz oldu. Hər məğlubiyyətdən dərs çıxarmaq lazımdır. Ən pisi odur ki, növbəti dəfə avrokuboklarda oynamaq üçün 1 il gözləməliyik. “Neftçi”ni təbrik edirəm və uğur arzulayıram.
Aqressiv idik? Bu futbolu qəbul etmirsizsə, sizin problemiminizdir, mənim yox. Bu, bizim oyun üslubumuzdur. Bəs ingilis futbolu barədə nə deyəcəksiz? Onlar daha aqressiv oynayır. Bugünkü oyunumuzun çox aqressiv olduğunu düşünmürəm. Üslubumuz bizdən belə oynamağı tələb edirdi. Uduzurduq və irəli gedib qol vurmalıydıq".