Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə “Aris” arasında keçirilən cavab oyunundan sonra insident yaşanıb.
Fanat.Az xəbər verir ki, iki klubun futbolçuları arasında gərginlik qeydə alınıb.
Hakimin final fitindən dərhal sonra kiprli futbolçular "Neftçi"nin tərcüməçisi Vüqar Əliyevə hücum çəkib. Lakin komanda üzvləri və məşqçi heyəti meydana daxil olaraq aranı sakitləşdirməyi bacarıb.