19:01 29.07.2022 362

EYOF: Azərbaycan cüdoçularından 7-ci medal

Azərbaycan cüdoçusu Kənan Nəsibov Slovakiyanın Banska-Bistritsa şəhərində təşkil olunan XVI Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) bürünc medal qazanıb.

Fanat.Az xəbər verir ki, 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı həlledici dueldə polşalı Miloş Klosla qarşılaşıb. Rəqibinə "ippon"la qalib gələn Nəsibov yarışın bürünc medalını qazanıb.

"Bürünc" görüşünə çıxan digər cüdoçumuz Əjdər Bağırov isə niderlandlı rəqibinə uduzaraq beşinci yerlə kifayətlənib.

Beləliklə, Azərbaycan cüdoçuları fərdi yarışı 1 qızıl, 4 gümüş və 2 bürünc medalla başa vurub.

Sabah EYOF-da komanda turniri keçiriləcək. Millimiz mübarizəyə 1/8 finaldan qoşulacaq. Bu mərhələdə rəqib Macarıstan - Böyük Britaniya cütünün qalibi olacaq.

***

 

Slovakiyanın Banska-Bistritsa şəhərində təşkil olunan XVI Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) cüdo yarışları davam edir.

Fanat.Az xəbər verir ki, fərdi yarışın son günündə Azərbaycanın daha 3 təmsilçisi tatami üzərinə çıxıb.

Oğlanların 100 kq çəki dərəcəsində mübarizə aparan Əjdər Bağırov 1/4 finalda Boqdan Petre (Rumıniya) ilə üz-üzə gəlib. Rəqibinə uduzan idmançımız təsəlliverici görüşə qatılıb. Burada Noel Botosdan üstün olan Bağırov bürünc medal uğrunda həlledici dueldə Niderland cüdoçusu ilə qarşılaşacaq.

100 kq-dan yuxarı çəki dərəcəsində yer alan Kənan Nəsibov isə 1/8 finalda Fedi Xazrini (Fransa) yensə də, ardından türkiyəli Recep Erginə uduzub. Təsəlliverici görüş Levente Dobos (Macarıstan) və Janis Strazdinsi (Latviya) üstələyən Nəsibov üçüncü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Burada rəqib polşalı Miloş Klos olacaq.

Qızların +78 kq çəki dərəcəsində iştirakçı az olduğundan idmançılar qrup sistemi ilə mübarizə aparıblar. Azərbaycan təmsilçisi Nigar Süleymanova A qrupunda ilk görüşündə Morqana De Paoliyə (İtaliya), ardınca Bintibe Lanqa (Fransa) məğlub olaraq mübarizəni dayandırıb. 

Medal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan cüdo millisinin hesabında hazırda 1 qızıl, 4 gümüş və 1 bürünc medal var. Yeganə baş mükafatı  Fidan Əlizadə (57 kq) ölkəmizin aktivinə yazdırıb. Murad Əliyev (55 kq), Nurlan Kərimli (60 kq) və Könül Əliyeva (48 kq) və İsmayıl Zamanov (81 kq) gümüş, Aydan Vəliyeva (52 kq) bürünc medala sahib çıxıb. 
Yarışa iyulun 30-da komanda turniri ilə yekun vurulacaq.

***

 

Slovakiyanın Banska-Bistritsa şəhərində təşkil olunan XVI Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) cüdo yarışları davam edir.

Fanat.Az xəbər verir ki, fərdi yarışın son günündə Azərbaycanın daha 3 təmsilçisi tatami üzərinə çıxacaq. 

Oğlanların 100 kq çəki dərəcəsində mübarizə aparan Əjdər Bağırov 1/4 finalda Boqdan Petre (Rumıniya) ilə üz-ü gələcək.

100 kq-dan yuxarı çəki dərəcəsində yer alan Kənan Nəsibov isə 1/8 finalda Fedi Xazrini (Fransa) sınağa çəkəcək.

Qızların +78 kq çəki dərəcəsində isə iştirakçı az olduğundan idmançılar qrup sistemi ilə mübarizə aparacaq. Azərbaycan təmsilçisi Nigar Süleymanova A qrupunda ilk görüşünü Morqana De Paoliyə (İtaliya), ikinci görüşünü isə Bintibe Lanqa (Fransa) qarşı keçirəcək. Qrupda  ilk yeri tutanlar finala yüksələcək. İkinci yerin sahibləri isə bürünc medal uğrunda döyüşəcək.

Təsnifat qarşılaşmaları Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan cüdo millisinin hesabında hazırda 1 qızıl, 4 gümüş və 1 bürünc medal var. Yeganə baş mükafatı  Fidan Əlizadə (57 kq) ölkəmizin aktivinə yazdırıb. Murad Əliyev (55 kq), Nurlan Kərimli (60 kq) və Könül Əliyeva (48 kq) və İsmayıl Zamanov (81 kq) gümüş, Aydan Vəliyeva (52 kq) bürünc medala sahib çıxıb. 
Yarışa iyulun 30-da komanda turniri ilə yekun vurulacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

17:01

MPL: "Səbail" "Zirə"yə qarşı - YENİLƏNİR

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

16:55

"Trentin gedişinə görə məyusam" - Arne Slot

16:37

Rəşad Sadıqov 6 futbolçusunu autsayderə qarşı oynada bilməyəcək

16:19

"Finalda qalib gəlmək üçün..." - MY-nin mərkəz müdafiəçisi

Facebookdan bizi izləməyi unutmayın.
X