Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları bu gün Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayacaq.
Fanat.Az xəbər verir ki, kişilərdən ibarət yığma ilk görüşünü Əlcəzair seçməsinə qarşı keçirəcək.
Qadınlar isə Birləşmiş Ərəb Əmirlikləri kollektivi ilə üz-üzə gələcək.
Artıq yığmalarımızın matçlar üçün heyəti açıqlanıb. İlk turda liderlər - Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə oynamayacaq.
Ümumdünya Şahmat Olimpiadası
Kişilər
I tur
Azərbaycan - Əlcəzair
Rauf Məmmədov - Ali Nassr
Qədir Hüseynov - Lamine Brahami
Vasif Durarbəyli - Massinas Cabri
Nicat Abbasov - Xalil Bengerabi
Məmmədov və Durarbəyli ağ, Hüseynovla Abbasov qara fiqurlarla oynayacaq.
Qadınlar
I tur
Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri
Xanım Balacayeva - Moza Al-Mansuri
Gövhər Beydullayeva - Vafiya Al-Maamari
Gülnar Məmmədova - Aişa Al-Maini
Ülviyyə Fətəliyeva - Essa Ruda
Balacayeva ilə Məmmədova ağ, Beydullayeva və Fətəliyeva qara fiqurlarla mübarizə aparacaq.
Görüşlər Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.