Futbol üzrə Almaniya Kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - “Ersgebirge” də yeni mövsümdə ilk görüşünə çıxıb.
Aue klubu öz meydanında elita təmsilçilərindən olan “Maynts”a 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Nazarov komandasını meydana kapitan kimi çıxarıb. 61-ci dəqiqədə sarı vərəqə alan millimizin üzvü 79-cu dəqiqədə əvəzlənib.