UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutacaq "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) matçında anşlaq gözlənilir.
Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumatına görə, satışa çıxarılan 30 min civarında biletin artıq 28 mini sahibini tapıb.
Satış mərkəzlərində 5, 10 və 20 manat dəyərində olan bilet qalmayıb. Bu isə o deməkdir ki, qarşılaşmanı stadiondan izləmək istəyənlər yalnız 50 və 75 manatlıq biletlərdən istifadə edə bilərlər.
Qeyd edək ki, "Qarabağ" – "Ferentsvaroş" oyunu avqustun 3-də, saat 20:00-da başlayacaq. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Nihat