UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Rapid” (Vyana) oyununa bilet satışı davam edir.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, artıq 2500-dən çox bilet satılıb.
"Bakcell Arena"da baş tutacaq matç üçün 10 min bilet satışa çıxarılıb. Biletlərin qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3B) və 10 (VİP, 3A) manatdır.
Biletləri Iiticket.az-dan onlayn qaydada da əldə etmək olar.
Qeyd edək ki, avqustun 4-ü keçiriləcək “Neftçi” – “Rapid” oyunu saat 21:00-da başlanacaq.
Mirağa