Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Araz Naxçıvan" "Xəzər Lənkəran"ın qonağı olacaq. Fanat.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi artıq qarşılaşma üçün Lənkərana gəlib.
Dünən günün ikinci yarısından sonra Cənub şəhərinə çatan "qırmızı-ağlar" "AB Qala" otelində məskunlaşıb. "Araz Naxçıvan" saat 17.00-da Lənkəran stadionunun ehtiyat meydançasında məşqə çıxıb. Bir saatdan çox davam edən məşqdə futbolçular daha çox topla çalışıblar.
Fanat.az