Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında Macarıstanın "Ferentsvaroş" komandasını qəbul edən "Qarabağ"ın oyununda özəl qonaqlar var.
Fanat.Az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov, həmçinin, Bakıda qonaq olan MMA döyüşçüsü Rafael Fiziyev "Qarabağ" rəsmilərinin müşaiyəti ilə meydanı dövrə vurduqdan sonra baş məşqçi Qurban Qurbanovla görüşüblər.
Daha sonra Fiziyev mokrafonla azarkeşlərə səslənərək "Qarabağ" Azərbaycandır! Uğurlar, "Qarabağ!" dedi.
Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı bir neçə dəqiqə sonra başlayacaq.
Mirağa