22:46 03.08.2022 967

"Çerçesova dedim ki, narahat olma..." - Qurban Qurbanov 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan -Bakıda Macarıstan "Ferentsvaroş"u ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra ənənəvi mətbuat konfransına qatılıb.

Fanat.Az xəbər verir ki, 50 yaşlı mütəxəssis belə danışıb:

"Çox gərgin və maraqlı oyun oldu. Dünən də bildirdmişdim ki, rəqib topla davranmağı bacaran komandadır. Matçın əvvəlləri çətin keçsə də, get-gedə vəziyyətə nəzarətə əla ala bildik. Ən çox mübarizə apardığımız oyun oldu. Sonadək bacardığımız üçün sevinirəm. Böyük istək və əzmlə çalışırıq ki, cavab görüşünə hazır olaq. Səfərdə yaxşı mübarizə aparıb mərhələni keçməyə çalışacağıq. Azarkeşlərimizə də təşəkkür edirəm. Daim komandamızın arxasında dururlar".

Qurbanov VAR sisteminə görə qollarının qeydə alınmamasına münasibət bildirib: "Ədalət olanda əlavə fikirlər yaranmır. Mən tərəfdarıyam ki, səfər matçında da düzgünlük olsun. Məncə, buna öyrəşməliyik".

Baş məşqçi "Kadi Borqesin yeri görünürdü" sualını bu şəkildə cavablandırıb: "Buna nəsə deməyim düzgün çıxmaz. Meydanda olan futbolçular tapşırığı maksimum yerinə yetirdilər. Onun yoxluğunu o qədər də hiss etdirmədilər. Sadəcə, sağlam oyunçu çox olanda rotasiya etmək imkanım geniş olur".

"Köhlən atlar"ın çalışdırıcısı komandasının son dəqiqələrdə geridə paslaşmasına aydınlıq gətirib: "Bəzən özümüz meydanda olmalıyıq ki, futbolçuların nəyə əsasən qərar qəbul etdiklərini bilək. Biz geriyə nadir hallarda oynayırıq. Sadəcə, həmin anlarda rəqib müdafiəni yaxşı "bağlamışdı". Həm də matçın sonları idi, yorğunluq var idi. Ola bilsin ki, buna görə özünəinam azalsın. İlk oyun idi, məğlub olmamışıq. Bu epizodlar futbolun bəzən görünən hissələrindən biri idi"

O, Toral Bayramova sərt reaksiya verdiyi epizodu da şərh edib: "Oyun epizodu idi. Əsəbi deyildim. Müəyyən gərginlik oldu ki, bu da normal haldır".

Təcrübəli mütəxəssis matçdan sonra rəqib komandanın baş məşqçisi Stanislav Çerçesovla aralarındakı söhbəti də açıqlayıb: "Ovusunun epizodu ilə bağlı danışdıq. Bildirdi ki, topu qapıya vurmaq istəyirdi. Dedim ki, narahat olma, qol olsaydı, biz də buraxacaqdıq".

Baş məşqçi komandasının hər oyunda qol buraxdıqdan sonra özünə gəldiyi ilə bağlı fikirlərlə razılaşmayıb: "Yatmışdı" ki, komanda? Biz dırnaqarası danışmırıq. Nə var, onu deyirik. Hava isti, oynamaq çətin idi. Futbolçularımız meydanda daha ayıq oynayır. Çalışırıq ki, matça tam hazır olaq. Qol buraxsaq da, mübarizə aparırıq. Ümumiyyətlə, top buraxmamağa çalışırıq. Amma rəqibin gücünü nəzərə alsaq, bu, normaldır. Bütün düşüncəmiz ondadır ki, daha etibarlı oynayaq və sınmayaq. Hər hansı oyunu 5:0 hesabı ilə də uda bilərik. Əsas özünəinamdır. İnanın ki, futbolçular meydanda "yatmırlar". Qalib gəlməyə, daha artığını etməyə çalışırlar. Baxımlı futbol oynamaq istəyiriksə, qol vurmalıyıq. Bu halda boşluqlar da olacaq".

Qurbanov 1:1 hesablı nəticəni ədalətli hesab etdiyini vurğulayıb: "Ona görə yox ki, bu gün bəzi futbolçularımız meydanda yox idi. Qarşıda daha bir görüş var. Ümumi gedişata baxsaq, ədalətli nəticə idi. Şanslar əvvəlkitək bərabərdir. Səfərdə daha yaxşı mübarizə aparmalıyıq. Məğlubiyyət haqda düşünmürük. Amma uduzsaq da, dünyanın sonu deyil. Çempionlar Liqasındakı rəqiblər tam başqadır".

Baş məşqçinin sözlərinə görə, İsveçrə "Sürix"i ilə səfər matçındakı yorğunluq bugünkü qarşılaşmaya da təsir edib: "Beş futbolçumuz həmin görüşdə çox yoruldu. Bərpa olunmaları üçün çox vaxt lazım oldu. Amma bunu bir o qədər hiss etmədim. Yalnız sona yaxın hiss olunurdu. Heç-heçəyə səbəb kimi bunu göstərməzdim".

Qurbanov zədəli Maksm Medvedevin durumuna da toxunub: "Hələ bilinmir. Bel zədəsi elədir ki, vaxt qoya bilmirsən. Müəyyən müddətdən sonra fikir bildirmək olar".

O, rusiyaı futbol mütəxəssislərinin matçdan öncə "Ferentsvaroş"u daha şanslı saymalarına önəm vermədiyini söyləyib: "Rusiyalı mütəxəssislərin bizi zəif hesab etdiklərini düşünmürəm. Sadəcə, öz həmyerlilərinə dəstək olurlar, ona güvənirlər. Biz o cür hisslərə qapılmamalıyıq"

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 9-da Budapeştdə keçiriləcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

Facebookdan bizi izləməyi unutmayın.
X