"Neftçi" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçisi olduğu komanda Bakıda Avstriyanın "Rapid" (Vyana) klubunu qəbul edib.
Ötən həftə bu stadionda Kipr “Aris”ini 3 cavabsız qolla darmadağın edən “Neftçi” bu dəfə meydandan minimal hesablı qalibiyyətlə ayrılıb. Hesabda 2 top üstünlüyü əldə etməsinə rəğmən, "ağ-qaralar" son saniyələrdə rəqibin fərqi minimuma endirməsinə mane ola bilməyib.
Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun
4 avqust
"Neftçi" (Azərbaycan) - "Rapid" (Vyana, Avstriya) 2:1
Qol: Ata Caber, 44, Kenni Sayef, 61 - Qvido Burqştaller, 90+5
“Neftçi”: 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 6. Voislav Stankoviç, 19. Azər Salahlı, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 23. Ataa Caber, 5. Kenni Sayef, 24. Yusuf Laval, 11. Qodsvey Donyo
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 2. Mert Çelik, 7.Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov
Baş məşqçi: Laurentsiu Reqekampf
“Rapid”: 45. Niklas Hedl, 6. Kevin Vimmer, 9. Qvido Burqştaller (k), 14. Aleksa Peyiç, 23. Yonas Auer, 27. Marko Qrüll, 41. Bernhard Zimmerman, 22. Martin Kostselnik, 19. Mixael Sollbauer, 28. Morits Osvold, 29. Ante Bayiç
Ehtiyat oyunçular: 21. Bernhard Unger, 25. Paul Qartler, 8. Kristof Knasmüllner, 20. Maksimilian Hofmann, 24. Patrik Qrayl, 34. Nikolas Sattlberger, 37. Paskal Fallmann, 39. Rene Krivak, 43. Leopold Querfeld, 77. Draqolyub Saviç, 7. Nikolas Gerrit-Kün, 13. Torsten Şik
Baş məşqçi: Ferdinand Feldhofer
Hakimlər: Dario Bel, Maryan Tomas, Kristian Novosel, Tixomir Pein (hamısı Xorvatiya)
"Bakcell Arena" stadionu