Azərbaycanın kişi və qadınlardan ibarət milli komandalarının Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti rəqibləri bəlli olub.
Fanat.Az xəbər verir ki, bu gün yarışda istirahət günüdür. Kişilərdən ibarət yığma avqustun 5-də VII tur çərçivəsində İsrail seçməsi ilə qarşılaşacaq. Qadın millimiz isə Hindistanla münasibətləri aydınlaşdıracaq.
Qeyd edək ki, altı turdan sonra kişi yığmamız 9 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. 11 xal hasil edən qadınlar isə lider Hindistandan 1 xal geri qalaraq ikinci sıradadır. Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Yarış avqustun 10-da başa çatacaq.